Şrift:
Səudiyyə Ərəbistanı “Əl-Qaeda” liderinin öldürülməsi barədə ABŞ Prezidentinin bəyanatını alqışlayıb
02.08.2022 [09:52] - Xəbərlər, Siyasət
Səudiyyə Ərəbistanı “Əl-Qaeda” terror təşkilatının lideri Ayman Al-Zavahirinin öldürülməsi barədə ABŞ Prezidenti Cozef Baydenin bəyanatını alqışlay

Rəsmi SPA agentliyinə istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi bununla bağlı bəyanatında dünyada terrorizmin liderlərindən biri olan Al-Zavahirinin ABŞ, Səudiyyə Ərəbistanı və digər ölkələrdə xain terror aktlarının təşkilatçısı olduğunu, onun əlinin müxtəlif millətlərə və dinlərə mənsub olan minlərlə günahsız insanın, o cümlədən Krallığın vətəndaşlarının qanına batdığını qeyd edib.

Bəyanatda qeyd olunub ki, Səudiyyə Ərəbistanı terrorizmə qarşı mübarizədə bütün ölkələrin səylərini birləşdirməyin əhəmiyyətini vurğulayır, həmçinin beynəlxalq ictimaiyyəti dinc insanların terror təşkilatlarından qorunması istiqamətində əməkdaşlığa çağırır.
Bu xəbər oxucular tərəfindən 720 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed