Şrift:
Naxçıvanda qanvermə aksiyası keçirilib
09.08.2022 [07:22] - Xəbərlər, Sosial
Naxçıvan Muxtar Respublikasında könüllü qanvermə aksiyası keçirilib.

Muxtar respublikanın Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Aşura günündə ənənəvi olaraq keçirilən qanvermə aksiyası ötən il olduğu kimi, bu il də pandemiya səbəbindən məscidlərdə deyil, muxtar respublikanın səhiyyə müəssisələrində təşkil olunub.

Aksiya zamanı sosial məsafə gözlənilməklə sanitar-gigiyena qaydalarına ciddi əməl edilib, bütün zəruri tədbirlər həyata keçirilib. Həkim briqadaları əvvəlcə koronavirus, arterial təzyiq, hepatit, QİÇS və digər yoluxucu xəstəliklərin müəyyən edilməsi üçün donorları müayinə edib, sonra müvafiq qan qruplarına uyğun qan götürülüb. Aksiyada, ümumilikdə, 590 nəfərdən götürülən 294 litr qan qrupları müəyyənləşdirilərək Naxçıvan Muxtar Respublika Xəstəxanasının və Diaqnostika-Müalicə Mərkəzinin Qan banklarına təhvil verilib.
Bu xəbər oxucular tərəfindən 896 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed