Şrift:
“Artilleriya atəşinin ustaları” müsabiqəsinin püşkatma mərasimi keçirilib
09.08.2022 [07:28] - Xəbərlər, Siyasət
“Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində Qazaxıstanın Otar hərbi bazasında təşkil olunacaq “Artilleriya atəşinin ustaları” müsabiqəsinin püşkatma mərasimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, püşkatmanın nəticəsinə əsasən komandaların müsabiqənin mərhələ və epizodlarının icrası üzrə sıralanması müəyyənləşdirilib.

Həmçinin artilleriyaçılarımız atıcı silah və təchizatları da qəbul ediblər.

Qeyd edək ki, beynəlxalq müsabiqədə doqquz ölkənin komandası mübarizə aparacaq.
Bu xəbər oxucular tərəfindən 535 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed