Şrift:
ABŞ diplomatı Yeni Zelandiyanın AUKUS-a qoşulmasının mümkünlüyünü bildiri
10.08.2022 [07:39] - Xəbərlər, Siyasət
Yeni Zelandiya ABŞ-ın mühüm strateji tərəfdaşıdır və son nəticə olaraq Avstraliya, Böyük Britaniya və ABŞ-ın (AUKUS) yaratdığı hərbi ittifaqa daxil ola bilər.

Bu barədə avqustun 10-da ABŞ dövlət katibinin müavini xanım Uendi Şerman “Yeni Zelandiya Radiosu”na müsahibəsində bəyan edib.

U.Şerman bildirib ki, hazırda ittifaqın əsas diqqəti Avstraliyanın atom sualtı donanmasının tikintisinə yönəlib. Bu çox böyük və iddialı layihədir. Bununla yanaşı, ittifaq bütün dünyada hər bir insanın təhlükəsizliyini təmin etmək üçün inkişaf etmək və genişlənmək niyyətindədir.

“Biz lap əvvəldən bildirmişik ki, gələcəkdə hər bir ölkə bu ittifaqa qoşulmaq imkanına malik olacaq və şübhəsiz ki, vaxtı çatanda Yeni Zelandiya da bizim bu istiqamətdə danışıqlar aparmaq istədiyimiz ölkələrdən biridir”, - deyə dövlət katibinin müavini bildirib.

U.Şerman qeyd edib ki, Yeni Zelandiya ilə münasibətlər ABŞ üçün fövqəladə əhəmiyyətə malikdir və bu ölkə Sakit okeanda Vaşinqtonun mühüm tərəfdaşıdır.
Bu xəbər oxucular tərəfindən 520 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed