Şrift:
“Artilleriya atəşinin ustaları” müsabiqəsində silah və hərbi texnikaya baxış keçirilib
10.08.2022 [07:43] - Xəbərlər, Siyasət
“Beynəlxalq Ordu Oyunları-2022" yarışları çərçivəsində Qazaxıstanda keçiriləcək “Artilleriya atəşinin ustaları” müsabiqəsində istifadə ediləcək silah və texnikaya baxış keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, ölkəmizi müsabiqədə təmsil edəcək artilleriyaçılarımız silah və döyüş texnikası qəbul ediblər, müsabiqəsinin mərhələlərinin keçirilməsi üsullarının məşq etdirilməsinə başlayıblar.

Həmçinin hakimlər heyətinin üzvləri təlim sahəsi ilə tanış olublar.

Qeyd edək ki, “Artilleriya atəşinin ustaları” müsabiqəsi avqustun 24-dək davam edəcək.
Bu xəbər oxucular tərəfindən 519 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed