Şrift:
Türkiyənin “Fənərbağça” komandası UEFA Avropa Liqasında pley-off mərhələsinə yüksəlib
12.08.2022 [06:01] - Gündəm, İdman
Bu gün UEFA Avropa Liqasında üçüncü təsnifat mərhələsi başa çat

Növbəti oyun günündə daha altı cavab qarşılaşması keçirilib.

Türkiyənin “Fənərbağça” komandası Çexiyada “Slovaçko” klubunun qonağı olub. “Sarı-lacivərdlilər” İstanbuldakı ilk matçda rəqib komanda üzərində 3:0 hesablı qələbə qazanmışdı.

Beləliklə, səfərdə 1:1 hesablı heç-heçə edən Türkiyə təmsilçisi pley-off mərhələsinə yüksəlib.

Türkiyə komandası ilə yanaşı, Finlandiyanın HİK, İsveçrənin “Sürix”, İsveçin "Malmö", Yunanıstanın "Olimpiakos" və Kiprin AEK klubları rəqiblərindən üstün olaraq növbəti mərhələyə vəsiqə qazanıblar.
Bu xəbər oxucular tərəfindən 1631 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed