Şrift:
Ölkə ərazisində qeydə alınan 60 cinayətin açılması təmin olunub
17.08.2022 [06:46] - Gündəm, Hüquq
Avqustun 16-da ölkə ərazisində qeydə alınan 60, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 62, o cümlədən borclu şəxs qismində axtarılan 44 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən üç yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, iki nəfər isə xəsarət alıb.

Narkotiklərlə əlaqəli 28 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb.
Bu xəbər oxucular tərəfindən 1056 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed