Şrift:
“İran Zəngəzurda casusluq və terror fəaliyyətinə hazırlaşır”-Əhməd Obalı
17.08.2022 [07:18] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Əhməd Obalı bildirib ki, İranın Azərbaycana qarşı təxribatlarının tarixi kökləri var.

“İran dövləti farsçılıq təməlində qurulub. Firdovsinin “Şahnamə” İran mentaliletində böyük təsir buraxan bir əsərdir. İran türk olduğu üçün Azərbaycana hər zaman düşmənçilik edir. Gah gizlədir, gah açıq üzə çıxarır. Son zamanlar gizlətmirlər, açıq oynayırlar”-Əhməd Obalı belə deyib.

Günaz.TV-nin rəhbəri bildirib ki, İranın bütün hərəkətlərinə baxmayaraq Güney Azərbaycanda milli proseslər sürətlənir: “Güney Azərbaycanda milli hərəkat güclənir. Hərəkatın əsas hədəfi milli dövlət qurmaqdır. Biz artıq bu nəticəyə gəlmişik ki, milli dövlətimiz olmasa, milli kimliyimizi itirəcək, farslaşmağa doğru gedəcəyik. İranın əsas narahatlığı da elə budur”.

Əhməd Obalı bildirib ki, Güney Azərbaycan türklərinin iradəsi nəyi tələb etsə, siyasi quruluş da o seçiləcək.

Günaz.TV-nin rəhbəri İranın Zəngəzur dəhlizinin açılmasına əngəl olmasının səbəblərindən də danışıb. Qeyd edib ki, Qafanda konsulluq açan İran gələcək üçün planlar qurur.

“Hazırda Qafanın 30 mindən bir az çox əhalisi var. Qafanın İranın üçün nə önəmi var axı? Qafan kiçik bir qəsəbədir. İranla heç bir tarixi, mədəni əlaqələrə malik deyil. Qafan beynəlxalq yolu üstündə yerləşmir. İrəvana gedən yol oradan keçir.

Qafanda bir nəfər də iranlı yaşamır. Bəs o zaman niyə orada İranın konsulluğu açılır? Çünki Qafan Zəngilanın sərhədinə yapışmış bir şəhərdir. İran oradan Azərbaycan əleyhinə casusluq və terror işlərinə hazırlaşır. Azərbaycanlılar ilk olaraq Zəngilana köçəcək. İran ona görə hazırlaşır”.

Əhməd Onalı bildirib ki, farsçılığa dayanan İran dövləti göründüyü qədər də güclü deyil.

“İran ərazi və əhali baxımından böyük dövlətdir. Amma İran Şimali Azərbaycanın, Azərbaycan Respublikasının qarşısında zəif bir dövlətdir.

Əgər Şimali Azərbaycanla bir problem yaranırsa, İranın içərisində olan 30 milyon azərbaycanlı Azərbaycan Respublikasını müdafiə edir. İran ordusunun, SEPAH-ın yüzdə 35-dən çoxu azərbaycanlılardır.

Onlar Azərbaycana silah qaldırmayacaq ki”-deyə, Əhməd Obalı bildirib.
Bu xəbər oxucular tərəfindən 1023 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed