Şrift:
Sabah müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi 7 fənn üzrə təşkil ediləcək
19.08.2022 [07:09] - Gündəm, Sosial
Bakı şəhəri 18 nömrəli tam orta məktəbdə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi davam edir.

Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən bildirilib ki, avqustun 20-də texnologiya, rus dili, musiqi (Azərbaycan və rus bölməsi), tarix, riyaziyyat, təsviri incəsənət və informatika fənləri üzrə müsahibələr təşkil olunacaq.

Qeyd edək ki, avqustun 25-dək davam edəcək müsahibələr zamanı müvafiq komissiya tərəfindən namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü proqrama uyğun olaraq yoxlanılacaq.
Bu xəbər oxucular tərəfindən 1382 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed