Şrift:
Bakıda “Sankt-Peterburqa xoş gəlmisiniz!” peşəkar roud-şousu keçiriləcək
24.08.2022 [05:58] - Xəbərlər, Mədəniyyət
Avqustun 30-da Bakıda Sankt-Peterburqun Şəhər Turizm İnformasiya Bürosunun dəstəyi ilə Sankt-Peterburqun Turizmin İnkişafı Komitəsi tərəfindən “Sankt-Peterburqa xoş gəlmisiniz!” adlı peşəkar roud-şou keçiriləcək.

Bakıdakı Rus Evinin mətbuat mərkəzindən bildiriblər ki, tədbirdə iştirak etmək üçün Azərbaycanın xarici turizmi inkişaf etdirən turizm biznesinin peşəkarları, korporativ müştərilər və media nümayəndələri dəvət olunur.

Tədbir “Hyatt Regency Baku” otelində keçiriləcək.

Proqrama Şimal paytaxtının turizm proqramlarının, şəhər xəritəsindəki maraqlı yerlərin, mədəni tədbirlərin təqviminin təqdimatı daxildir. Roud-şou iştirakçıları klassik görməli yerlərdən əlavə, turistlər üçün cəlbedici mərkəzlərə çevrilmiş “Sankt-Peterburqun Yeni Coğrafiyası” obyektlərini təqdim edəcəklər. Onların arasında Ermitajın "Köhnə kənd" restavrasiya mərkəzi, Nikolski cərgələri, Yeni Holland adası, Faberje muzeyi, Erarta Müasir İncəsənət Qalereyası, Kronştadt, Lümyer-Holl, Sevkabel limanı var.

Rod-şousunun ətraflı proqramı ilə http://www.tourbus.ru/spb-workshop/index.php linkdə tanış olmaq olar.

Tədbirdə iştirak etmək üçün qeydiyyat prosedurundan keçmək təklif olunur. İştirakçıların sayı məhduddur.
Bu xəbər oxucular tərəfindən 1331 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed