Şrift:
Yeni Zelandiyanın Kermadek arxipelaqı yaxınlığında silsilə zəlzələlər olub
26.08.2022 [06:30] - Gündəm, Hadisə
Avqustun 26-da Sakit okeanın cənubunda, Yeni Zelandiyanın Kermadek arxipelaqı sahillərində 4,9 bal gücündə silsilə zəlzələlər baş verib.

Bu barədə Avstraliya Dövlət Geologiya Bürosu məlumat yayıb.

Yeraltı təkanların episentrinin təqribən 1,6 milyon əhaliyə malik Oklend şəhərindən 900 kilometr şimal-şərqdə, ocağının 11 kilometr dərinlikdə yerləşdiyi bildirilir.

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir.

Sunami xəbərdarlığı elan edilməyib.
Bu xəbər oxucular tərəfindən 2216 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed