Şrift:
Ağdaşda narkotiklərin qanunsuz dövriyyəsinə görə aralarında qadının da olduğu 11 nəfər saxlanılıb
29.08.2022 [06:50] - Gündəm, Sosial
Ağdaş rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son 20 gün ərzində keçirilən əməliyyatlar zamanı narkotik tərkibli bitkilərin kultivasiyası, güclü təsiredici narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 11 nəfər tutularaq məsuliyyətə cəlb edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatları əsasında keçirilən tədbirlər zamanı yaşadıqları evlərin həyətyanı sahəsində və çöllük ərazidə narkotik tərkibli bitkilər becərən 4 nəfər rayon sakini - Aqşin Şahbazov, Bəybala Məmmədov, Nasir Səmədov və Həmid Bilalzadə saxlanılıb. Onlardan ümumi çəkisi 80 kiloqram olan 50 ədəd çətənə kolu, eləcə də Bilal Həmidzadədən əlavə olaraq qurudulmuş marixuana da götürülüb.

Keçirilən növbəti əməliyyatlar nəticəsində isə daha 7 nəfər – psixotrop maddələrin satışı ilə məşğul olan Şəhla Allahverdiyeva, eləcə də Səbuhi Vəliyev, Sərxan Abdurəhimov, Əmirxan Sadıqov, Ruslan Rəsulov, Xəyal Əliyev və Vüqar Məmmədov şübhəli şəxs qismində saxlanılıblar. Onlardan heroin, marixuana və metamfetamin aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslərin cinayət əlaqələrinin müəyyən olunması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Bu xəbər oxucular tərəfindən 1682 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed