Şrift:
Xaricdə təhsil alan doktorantlar üçün infosessiya təşkil olunub
02.09.2022 [07:30] - Gündəm, Mədəniyyət
Təhsil İnstitutu tərəfindən noyabrın 23-24-də keçiriləcək doktorantların və gənc tədqiqatçıların XXV respublika elmi konfransına - NASCO-ya müraciət qaydalarını ətraflı şəkildə izah etmək və mövcud sualları cavablandırmaq məqsədilə onlayn infosessiya təşkil olunub.

İnstitutdan bildirilib ki, infosessiya “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil alan doktorantlar üçün nəzərdə tutulub.

Qeyd edək ki, konfransın keçirilməsində əsas məqsəd doktorantların və gənc tədqiqatçıların apardıqları elmi-tədqiqat işlərinin nəticələrinin müzakirəsini təşkil etmək, habelə onların elmi yaradıcılığını stimullaşdırmaqdır.
Bu xəbər oxucular tərəfindən 1849 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed