Şrift:
Koronavirusa yoluxan insanlarda qan laxtalanması problemi müşahidə edilir
02.09.2022 [07:32] - Gündəm, Sosial
Son zamanlar müraciət edən xəstələrin çoxunda qan qatılığının artması lehinə dəyişikliklərə tez-tez rast gəlinir. Bu daha çox koronavirusa yoluxan insanlarda müşahidə edilir.

Kliniki Tibbi Mərkəzin rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, bunu mərkəzin Kardiologiya şöbəsinin müdiri Səbinə Babayeva deyib.

“Qanın laxtalanma sistemi orqanizmin əsas qoruyucu sistemlərindən biridir. Bu sistem qan damarlarında qanın daimi axmasını təmin edir. Eyni zamanda damar divarında zədələnmələri, qan laxtalarının əmələ gəlməsinə və orqanizmin qan itirmədən məhv olmasının qarşısının alınmasına xidmət edir. Lakin bəzən qanın bu müdafiə funksiyası təhlükəyə də çevrilə bilər. Çünki bir çox səbəblərdən qan qatılığının artması orqanizmdə tromb əmələ gətirir. Bu isə orqanların qanla təchiz olunmasını çətinləşdirir. Bəzən əmələ gəlmiş trombların damar divarından qoparaq, qan dövranına daxil olmasına və qəfil ölümlərə səbəb olur. Son zamanlar müraciət edən xəstələrin çoxunda qanın laxtalanma sisteminin göstəricilərində qan qatılığının artması lehinə dəyişikliklərə çox rast gəlinir. Bu daha çox koronavirus keçirən insanlarda müşahidə olunur. Əgər bu virusa yoluxan insanlarda digər ürək damar sistemi xəstəlikləri varsa, onlara qan durulducu preparatlar təyin olunur.

Qan laxtalanma sistemində dəyişikliklər təbii səbəblərdən və xəstəliklərdən yarana bilər. Çox isti havada, az maye qəbulu və çox tər ifrazının olması qan laxtalanmasının artmasına səbəb olur. Son bir neçə ilin təhlükəsi olan koronavirus pandemiyası zamanı da qanın koaqulyasiya sistemində orqanizm üçün təhlükəli dəyişikliklərin yarandığı aşkar olunub. Bu səbəblərdən, COVID ilə müalicə protokollarına qan durulducu preparatlar əlavə edilir. Bununla yanaşı, pasiyentlərə bol maye qəbulu və aktiv həyat tərzi də tövsiyə olunur. Bəzi qida maddələri var ki, onlar qan laxtalanma sisteminə müsbət təsir göstərir. Omeqa3 ilə zəngin qidalar - nar, zəncəfil, moruq, sarı kök və sitrus meyvələri bura daxildir. Ürək damar sistemi, şəkərli diabet, hipertoniyalı xəstələrdə laxtalanma sisteminə nəzarət vacibdir. İcbari tibbi sığortanın tətbiqindən sonra belə xəstələrə nəzarət etmək daha da asanlaşıb. Mütəmadi həkim nəzarəti və müayinələrin aparılması, xəstələrdə ağırlaşmaların qarşısını alır”.
Bu xəbər oxucular tərəfindən 704 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed