Şrift:
Mahnı Teatrında “Herkules” adlı müzikl-tamaşa göstəriləcək
02.09.2022 [07:34] - Xəbərlər, Mədəniyyət
Sentyabrın 17-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında musiqi, rəqs və interaktiv uşaq oyunları ilə rəngarəng “Herkules” adlı müzikl-tamaşa nümayiş olunacaq.

Müzikl-tamaşada balaca seyrçilər bir-birindən maraqlı musiqi parçaları və rəqs nömrələri ilə əyləncəli vaxt keçirəcəklər.

Qeyd edək ki, tamaşada Herkulesin sərgüzəştləri haqqında inanılmaz hekayə təqdim olunacaq. Eyni zamanda o, məkrli əmisi, yeraltı dünyanın tanrısı Hades ilə qarşılaşmalı olacaq.

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
Bu xəbər oxucular tərəfindən 1925 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed