Şrift:
Azərbaycanlı alim Kubanın nüfuzlu jurnalının redaksiya heyətinə qəbul edilib
08.09.2022 [07:37] - Xəbərlər, Mədəniyyət
AMEA-nın Elm Tarixi İnstitutunun elmi katibi siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev Kuba Respublikasının “Web of Science” və “Scopus”da qeydiyyatda olan “La Revista “Universidad y Sociedad” jurnalının redaksiya heyətinə qəbul edilib.

Bu barəd institutdan məlumat verilib.

Dünyada A kateqoriya siyahısında olan jurnalın redaksiya heyətinə Kubanın məşhur universitetinin rektoru və kollektivi tərəfindən seçilən alim belə nüfuzlu redaksiyada təmsil olunan ilk və yeganə azərbaycanlıdır.

Qeyd edək ki, multidissiplinar olan “La Revista “Universidad y Sociedad” dünyanın bir çox ölkələrindən alimlərin məqalələrinin dərc edildiyi jurnaldır. Azərbaycanlı alimin ilk dəfə belə nüfuzlu jurnalda redaksiya heyətində təmsil olunması onun Asiya üzrə məqalələrə məsul olması deməkdir.
Bu xəbər oxucular tərəfindən 546 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed