Şrift:
Xameneyinin durumu ağırlaşıb?- Bir sıra vacib görüşlərinin ləğv olunduğu bildirilir
13.09.2022 [06:36] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran mediası rəhbərin seçilməsində məsuliyyət daşıyan "Uzmanlar Məclisinin" Əli Xameneyi ilə sentyabrın 10-u axşam saatlarına olan görüşünün ləğv olunduğunu bildirib.

"Uzmanlar Məclisi"nin üzvü Haşim Haşimzadə Herisi mediaya verdiyi açıqlamada görüşün ləğv edildiyini təsdiqləyib.

"Rəhbər müxtəlif məsələlərdən danışdığından indi söhbəti caiz saymadılar və bu görüş onların rahatlığı və vaxtının alınmaması üçün keçirilmədir"-deyə, Herisi bildirib.

İran İnqilab Keşikçiləri Korpusuna (SEPAH) bağlı "Təsnim" xəbər agentliyi isə öncədən heç bir görüşün planlaşdırılmadığını və İran rəhbərinin sağlıq durumu ilə bağlı məlumatların uydurma olduğunu yazıb.
Bu xəbər oxucular tərəfindən 12640 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed