Şrift:
General Yücel Karauz: Son hadisələr təcavüzkar Ermənistan tərəfindən planlı şəkildə həyata keçirilən təxribatdır
14.09.2022 [07:13] - Xəbərlər, Siyasət
Son hadisələr təcavüzkar Ermənistan tərəfindən planlı şəkildə həyata keçirilən təxribatdır. Buna sübut Ermənistanın Baş nazirinin insidentin ardınca xarici dövlətlərə etdiyi zənglərdir.

Bu fikirləri ehtiyatda olan türkiyəli general Yücel Karauz bildirib.

Qəhrəman Azərbaycan Ordusunun Vətən savaşındakı rəşadəti və sonrakı proseslərdə göstərdiyi qətiyyətin işğalçı tərəfə tarixi dərs olduğunu xatırladan general Yücel Karauz deyib ki, Ermənistan rəhbərliyi bu cür təxribatlarla bir tərəfdən 44 günlük müharibənin nəticələrini unutdurmaq istəyir, digər tərəfdən isə beynəlxalq ictimaiyyətin rəyini Azərbaycana qarşı çevirmək niyyətindədir. Bütün bu təxribatların ən böyük məqsədi isə normallaşma prosesini əngəlləməkdir.
Bu xəbər oxucular tərəfindən 396 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed