Şrift:
Türkiyəli deputat: Biz torpaqlarımızın müdafiəsi yolunda sonadək Azərbaycan əsgəri ilə birlikdəyik
14.09.2022 [07:17] - Xəbərlər, Siyasət
Ermənistan Ordusunun Azərbaycan sərhədində törətdiyi təxribatları, hücumu kəskin şəkildə qınayırıq. Ermənistan 44 günlük Vətən müharibənin nəticələrini unutmamalıdır.

Bu fikirləri Türkiyə Böyük Millət Məclisinin deputatı Mətin Gündoğdu bildirib.

Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət!” kəlamını xatırladan deputat Mətin Gündoğdu türklərin dünyada böyük bir güc olduğunu diqqətə çatdıraraq deyib: “Biz torpaqlarımızın müdafiəsi yolunda sonadək Azərbaycan əsgəri ilə birlikdəyik”.

Ermənistanın hərbi təxribatlarını davam etdirməsinin yolverilməzliyini diqqətə çatdıran deputat vurğulayıb ki, dünya ictimaiyyəti işğalçı tərəfin bu cinayətlərinə etirazını bildirməlidir.
Bu xəbər oxucular tərəfindən 409 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed