Şrift:
Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru: Pandemiyanın başa çatması göz önündədir
15.09.2022 [06:12] - Xəbərlər, Sosial
Ötən həftə dünyada COVID-19 səbəbindən ölüm hallarının sayı 2020-ci il mart ayından bəri minimal səviyyəyə düşüb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrədə çərşənbə günü keçirilən brifinqdə bildirib. “Ötən həftə dünyada COVID-19 səbəbindən təsdiqlənmiş ölüm hallarının sayı 2020-ci il mart ayından bəri ən aşağı səviyyədə olub”, - deyə ÜST başçısı qeyd edib.

“Pandemiyanın başa çatması ilə bağlı biz heç vaxt daha yaxşı nəticəyə nail olmamışıq. Lakin pandemiyanın başa çatması göz önündədir”, - deyə Tedros Qebreyesus vurğulayıb.
Bu xəbər oxucular tərəfindən 1747 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed