Şrift:
Avstraliya Azərbaycanlıları Assosiasiyası Ermənistanın törətdiyi təxribatla bağlı ölkə parlamentinə müraciət edib
15.09.2022 [06:15] - Xəbərlər, Siyasət
Sidneydə fəaliyyət göstərən Avstraliya Azərbaycanlıları Assosiasiyası (AAA) bu ölkənin parlamentinə və Xarici İşlər Nazirliyinə Ermənistanın Azərbaycanın dövlət sərhədində törətdiyi təxribatla bağlı bəyanatla müraciət e

Bəyanatda sentyabrın 12-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın dövlət sərhədində təxribat törədildiyi, hərbi qulluqçuların qətlə yetirildiyi və infrastruktura zərbə vurulduğu qeyd edilib.

Bəyanatda deyilir: “Ermənistan hökuməti iki ölkə arasında münasibətlərin nizamlanmasına mane olaraq, sülh gündəliyinə cavab vermir. Əksinə gərginliyi artıraraq, Azərbaycanın regionda sülhün bərqərar olması üçün davamlı təşəbbüsləri qarşısında hərbi təxribatla cavab verir. Bu, yalnız təəssüf hissi doğurur. Ermənistan hökuməti beynəlxalq ictimaiyyətin səyləri ilə aparılan sülh danışıqları fonunda qeyri-konstruktiv mövqe nümayiş etdirərək, üçtərəfli razılaşmanın şərtlərini pozaraq, silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxarmır”.

Beynəlxalq ictimaiyyəti təcavüzkar siyasətə son qoyulması üçün Ermənistana təzyiq göstərməyə çağıran diaspor təşkilatı qeyd edib ki, ermənilər 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanatda təsbit olunmuş öhdəlikləri yerinə yetirməkdən boyun qaçırır, Azərbaycanın sülh və regional əməkdaşlıq təşəbbüsləri fonunda yeni fitnələrə əl atır.

Bəyanatda İkinci Qarabağ müharibəsindən sonra Ermənistanın ərazilərimizdə basdırdığı minaların partlaması və təxribatlar nəticəsində həlak olan və yaralanan Azərbaycan hərbçiləri və mülki şəxslər barədə məlumat verilir. Sənəddə diqqətə çatdırılır ki, Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşdə müəyyən razılıqlar əldə olunmasına baxmayaraq, qarşı tərəf sülh müqaviləsinin hazırlanması və imzalanması, həmçinin sərhədlərin delimitasiyası prosesinə əngəl törədir.

Sənəddə vurğulanır ki, Ermənistanın mövqeyi normallaşma və sülh prosesinə tamamilə ziddir. Ermənistanın təcavüzkar hücumlarına baxmayaraq, Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı yenidənqurma və quruculuq işləri aparır.
Bu xəbər oxucular tərəfindən 418 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed