Şrift:
Müdafiə Nazirliyi: Orduda qan komponentlərinin çatışmazlığı ilə bağlı məlumatlar əsassızdır
15.09.2022 [06:22] - Xəbərlər, Siyasət
Bəzi sosial şəbəkə hesablarında guya xeyli sayda yaralılarımızın mövcudluğu və onlara qan lazım olması ilə bağlı əsassız məlumatlar paylaşılır. Bildiririk ki, Azərbaycan Ordusunda qan komponentləri ehtiyatları ilə bağlı heç bir problem yoxdur.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

“Ehtiyac olarsa Ordumuzun qan və qan komponentlərinə olan tələbatı Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının Qan Bankı bölməsi tərəfindən tam təmin ediləcək.

Vətəndaşlarımızı bu cür yalan məlumatlara aldanmamağa və rəsmi təsdiqini tapmayan məlumatları paylaşmamağa çağırırıq”, -deyə nazirlikdən qeyd edilib.
Bu xəbər oxucular tərəfindən 457 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed