Şrift:
Güney Azərbaycan təşkilatları İranda baş verən etirazlarla bağlı bəyanat yayıb
21.09.2022 [07:09] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bəyanatda deyilir:

"Böyük Azərbaycan milləti yenə də ”Azadlıq, ədalət, milli hökumət!”, “Qadın, kişi əl-ələ, zülmün başın əzməyə!”, Ölüm olsun diktatora, ölüm olsun Xameneyiyə!” şüarları ilə faşist fars İran rejiminin istibdadına qarşı kütləvi etirazını ortaya qoydu.

Aparıcı milli, siyasi gücünü nümayiş etdirərək, Güney Azərbaycan coğrafiyasında milli-demokratik dövlətçilik istəyini səsləndirdi.

Kütləvi etirazlarda qadın hüquqları, ətraf mühit və bütövlükdə Azərbaycan türk millətinin pozulmuş milli hüquqlarının müdafiəsi və əsasən Türk dilində səslənən milli şüarlar onu göstərdi ki, Güney Azərbaycan Milli Hərəkatı müstəqildir, heç bir irançı cərəyana bağlı deyil və olmayacaq".

Güney Azərbaycan Təşkilatları İşbirliyi Mərkəzi gənclərə çağırış edib.

"Güney Azərbaycan Təşkilatları İşbirliyi Mərkəzi olaraq, millətimizdən və özəlliklə də qeyrətli Azərbaycan gənclərindən istəyirik ki, İran rejiminin faşist ideologiyası və basqıçı siyasətinə qarşı kütləvi etirazlarını davam etdirsinlər və milli istəklərini dünyaya Türk dilində səsləndirərək çatdırsınlar.

Biz İşbirliyi mərkəzi olaraq, millətimizin milli-siyasi haqlarına çatması üçün aparığı bu mübarizədə onların yanında olduğumuzu və bütün imkanlarımızdan istifadə edərək onların haqq səsini dünyaya çatdıracağımızı bəyan edirik.

Görüşümüz axşamçağı Güney Azərbaycan şəhərlərinin meydanlarında"-deyə, bəyanatda bildirilir.

Bəyanatı Güney Azərbaycan Təşkilatları İşbirliyi Mərkəzinə daxil olan qurumlar:

Güney Azərbaycan Azadlıq Cəbhəsi (GAMAC)
Azərbaycan Mərkəz Partiyası (AMP)
Azərbaycan Milli Dirəniş Təşkilatı (Dirəniş)
Azərbaycan Öyrənci Hərəkatı (AZOH)
Güney Azərbaycan Demokrat Partiyası (GADP)
Güney Azərbaycan İstiqlal Partiyası (GAİP)
Güney Azərbaycan Liberal Demokrat Partiyası (GALDP) və
Demokratik Türk Birliyi (GADTB) imzalayıb
Bu xəbər oxucular tərəfindən 233 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed