Şrift:
Güneyli sənətkarlar tara sahib çıxdılar
15.01.2013 [12:52] - Güney Azərbaycan xəbərləri, Mədəniyyət, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycan musiqiçiləri YUNESKO-ya məktub ünvanlayıblar

Əslən Güney Azərbaycandan olan bir qrup musiqiçi, şair və yazar YUNESKO-ya tarla bağlı məktub ünvanlayıb. Məktubda Azərbaycan tarının YUHESKO-da qeydə alınmasından sonra fars şovinistlərinin bu hadisədən narahat olub yersiz etirazlar hazırlayaraq YUNESKO başda olmaqla başqa qurumlara da məktub göndərmələri etirazla qarşılanır. Qeyd olunur ki, fars şovinistlərinin müraciəti təxribat və uydurmadır, başqa xalqlara, özəlliklə də Türk xalqına qarşı hücumdur. Fars rejimi hər zaman çalışıb ki, Azərbaycanın varlığını təsdiq edən nə varsa, onu mənimsəyərək öncə «iranlı», daha sonra «fars» kimi tanıtsınlar. Aşağıda adı çəkilən Güney Azərbaycan Türkləri olan musiqiçi və yazarlar Azərbaycan tarının dünyanın mədəni irsi siyahısına daxil edilməsini alqışlayırlar. Habelə məktubda Azərbaycanın Quzey və Güney deyə iki yerə parçalandığı, tarixi ərazilərin və əhalinin çoxunun İranın ərazisində (Azərbaycan Respublikasındakından 3 dəfə çox) yaşadığı vurğulanır, Güney Azərbaycanda da milli çalğı alətimiz olan tarın soydaşlarımız tərəfindən çox sevildiyi və ifa olunduğu bildirilir.
Məktubu aşağadakı soydaşlarımız imzalayıblar: Əlirza Miyanalı, şair; Əlirza Quluncu, yazar;Əlirza Amanbəyli vokalist və musiqi şünas (Bakı Musiqi Akademiyasının məzunu) Babək Bəxtavər, qopuz və tar ifaçısı, qopuz müəllimi; Ərsan Ərel, Yazar, şair; Xosrov Əmiri, vokalist (Bakı Musiqi Akademiyasının məzunu); Lalə Cavanşir, şairə (Toronto Universitetinin məzunu); İsmayıl Cəmili, şair; Mahnı Turanlı, şair; Mahyar Əfşari, şair; Mehran İsmayılzadə, zərb alətlər ifaçısı (Bakı Musiqi Akademiyasının öyrəncisi); Məmməd Rza Təbrizli, müğənni; Nasir İsmayılzadə, zərb alətlər ifaçısı; Nazlı Molani, Azərbaycan rəqslərinin müəllimi (Hollanda Unversitetinin öyrəncisi); Ramin Cabbarlı, yazar; Rza Hüseyini, tar ifaçı və müəllimi; Rza Talebi, yazar; Ruhi Tuna, heykəltəraş-vokalist (Toronto Universitəsinin öyrəncisi), Sanaz Niknam, vokalist (Bakı Musiqi Akademiyasının məzunu), Səməd Purmusəvi, qopuz ifaçısı və müəllimi (Toronto Universitəsinin məzunu), Sutoy Qaradağ, vokalist (Bakı Musiqi Akademiyasının məzunu), Məmməd Ənsari, bəstəkar (London Universitetinin məzunu).

Uğur
Bu xəbər oxucular tərəfindən 1218 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed