Şrift:
Şimali Koreya şərq istiqamətində daha 2 ballistik raket buraxıb
06.10.2022 [08:25] - Gündəm
Koreya Xalq Demokratik Respublikası (KXDR) oktyabrın 6-da şərq istiqamətində 2 qısamənzilli ballistik raket buraxıb.

Bu barədə “Yonhap” agentliyi Cənubi Koreya silahlı qüvvələrinin birləşmiş qərargahına istinadla məlumat yayıb. Raketin Pyonqyanq şəhəri yaxınlığından yerli vaxtla səhər saat 6:01 və 6:23 arasında buraxıldığı, 60 kilometr hündürlükdə 800 kilometr məsafə qət etdiyi bildirilir.

Qeyd edək ki, bu, Şimali Koreyanın sentyabrın son günlərindən bəri 6-cı raket buraxılışıdır. Şimali Koreyanın oktyabrın 4-də buraxdığı ilk ortamənzilli ballistik raket təxminən 1000 kilometr hündürlüyə qalxaraq, Yaponiyanın şimalındakı Aomori prefekturası üzərindən keçməklə 4600 kilometr məsafə qət etdikdən sonra Sakit okeana düşüb. Yaponiya Müdafiə Nazirliyi hesab edir ki, bu, Şimali Koreya raketi üçün rekord göstəricidir.

Həmin raket sınağından sonra, habelə Şimali Koreyanın yaxın vaxtlarda nüvə silahı sınağı keçirmək ehtimalı nəzərə alınaraq, Yaponiyada təhlükəsizlik tədbirləri gücləndirilib. Oxşar təhlükəsizlik tədbirlərinə Cənubi Koreyada da start verilib.
Bu xəbər oxucular tərəfindən 208 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed