Şrift:
Kiyev bölgəsi kamikadze dronların hücumuna məruz qalıb
13.10.2022 [08:44] - Gündəm
Oktyabrın 13-ü səhər saatlarında Rusiya kamikadze pilotsuz təyyarələri ilə Kiyev bölgəsinə hücum edib.

Bu barədə Kiyev Hərbi Administrasiyası məlumat yayıb. “Kamikadze pilotsuz təyyarələrin hücumu olub. Bölgənin əsas hissələrindən birinə zərbələr endirilib. Xilasedicilər artıq işləyir", - deyə məlumatda bildirilir.

Qeyd edək ki, son sutkada Ukrayna Silahlı Qüvvələri 19 kamikadze dronu məhv edib.


Emil Hüseynli
Bu xəbər oxucular tərəfindən 164 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed