Şrift:
Fərəc Quliyev Üçüncü Dünya Müharibəsi təhdidini dəyərləndirdi
14.10.2022 [07:14] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
“Rusiyanı partladaraq yox, boğaraq öldürmək istəyirlər”.

Bunu Rusiyanın son vaxtlar aqressiv addımları, Üçüncü Dünya Müharibəsi təhdidini dəyərləndirən Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev Yenicag.az-a açıqlamasında deyib.

Fərəc Quliyev bildirib ki, Rusiya nüvə silahından istifadə etməsinin xeyrinə olacağını bilsə, bunu çoxdan edərdi:

“Rusiya bilir ki, nüvə silahına əl atsa, onu yer üzündən silərlər. Ona görə də Rusiyanın hədə-qorxuları ilə heç nə müəyyənləşə bilməz. Uzun müddətdir, dünyanın yenidən şəkilləndirilməsi istiqamətində savaş gedirdi. Bu istər informasiya, istər iqtisadi sahədə görünürdü. Rusiyanın Ukraynada apardığı müharibə artıq bunu açıq müstəviyə keçirib. Heç kim tərəf olduğunu gizlətmir. ABŞ Ukraynada əməliyyat aparmaq üçün komandanlıq formalaşdırıb.

Ukraynanın NATO-ya üzv olması məsələsində Rusiyanın sərt açıqlamaları məlumdur. Ancaq NATO tərəfindən də fikir bildirildi ki, rəsmi Kiyev Alyansa üzv ola bilməz. NATO-da qaydalar var. Ərazisində müharibə gedən ölkələr bloka daxil olunmur. Əgər daxil olarsa, NATO-nun açıq şəkildə müharibəyə girməsi baş verməlidir. NATO rəsmiləri bildirir ki, dəstəyimizi davam etdirəcəyik, ancaq açıq şəkildə müharibəyə qatılmayacağıq. NATO özlərinə növbəti problem yaratmaq fikrində deyil. İşlər onsuz da NATO-nun, Qərbin, hətta Ukraynanın istədiyi formada gedir. Ukrayna açıq şəkildə bildirir ki, Rusiyanın heç bir şərtini qəbul etmirik. Bu həm də o deməkdir ki, ərazilərimizi tam işağldan azad edəcəyik və sonra NATO-ya üzv olacağıq.

Rusiya bu savaşda qarşısında təkcə Ukrayna olduğunu düşünərək uduzub. Rusiyanı asta-asta öldürmək, zəiflətmək və sıradan çıxarmaq istəyirlər”.

Səxavət Məmməd/yenicag.az
Bu xəbər oxucular tərəfindən 385 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed