Şrift:
Bakıda keçiriləcək güləş üzrə dünya kuboku yarışına qatılacaq dünya yığmasının heyəti açıqlanıb
14.10.2022 [07:33] - Gündəm, İdman
Noyabrın 5-də Bakı İdman Sarayında start götürəcək yunan-Roma güləşi üzrə dünya kuboku yarışına qatılacaq dünya yığmasının heyəti açıqlanıb.

İlk dəfə bu yarışda tətbiq olunan formatda yer alan dünya yığmasının tərkibində Nuqzari Tsurtsumia (55 kq, Gürcüstan), Aydos Sultangali (60 kq, Qazaxıstan), Leri Abuladze (63 kq, Gürcüstan), Coni Xetsuriani (67 kq, Gürcüstan), Andrey Kulik (72 kq, Ukrayna), Zoltan Levay (77 kq, Macarıstan), Jalqasbay Berdimuratov (82 kq, Özbəkistan), Turpal Bisultanov (87 kq, Danimarka), Kiril Milenov Milov (97 kq, Bolqarıstan) və Mantas Knistautas (Litva, 130 kq) yer alıblar.

Bu idmançılardan N.Tsurtsumia daha əvvəl (2019) dünya çempionu, L.Abuladze, Z.Levay, J.Berdimuratov, T.Bisultanov və K.Milov son mundialın gümüş, A.Sultangali, A.Kulik, M.Knistautas bürünc medalçısı olub.C. Xetsuriani isə 5-ci yeri tutub.

Dünya yığması B qrupunda Azərbaycan və Serbiya milliləri ilə mübarizə aparacaq.

Qeyd edək ki, dünya kuboku yarışına noyabrın 6-da yekun vurulacaq.
Bu xəbər oxucular tərəfindən 685 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed