Şrift:
Azərbaycanlı şairin kitabı Təbrizdə çap edilib
18.10.2022 [07:36] - Gündəm, Güney Azərbaycan xəbərləri
Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-publisist Azadə Novruzovanın “Yenə yadıma düşdün” adlı yeni kitabı Təbrizdə “Bu kitabı ürəyimin şəhəri Təbrizə sunuram” epiqrafı ilə çap olunub.

Kitabda Azərbaycan və fars dillərində müəllifin müxtəlif şeirləri yer alıb. Şeirləri fars dilinə şair-tərcüməçi Xosrov Barışan çevirib. Kitab “Yaşar Qələm” nəşriyyatında çap edilib.

Qeyd edək ki, Azadə Novruzovanın şeirləri eyni zamanda rus, ingilis, ispan, ərəb, yapon dillərinə də tərcümə olunub.
Bu xəbər oxucular tərəfindən 923 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed