Şrift:
Ermənilərin prezidentliyə namizədi: “Azərbaycanla mehriban qonşu olmağa çalışacam”
16.01.2013 [13:02] - Hadisə
Ermənistanda keçiriləcək prezident seçkilərində namizəd qismində iştirak edən Ermənistanın "İrs" Partiyasının sədri Raffi Ovanisyan prezident seçiləcəyi təqdirdə görəcək işlərlə bağlı bəyanat verib. Ovanisyan sərsəm bəyanatında bildirib ki, o prezident seçiləcəyi təqdirdə Ermənistan qondarma “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyini tanıyacaq.

Erməni siyasətçi Azərbaycanla Ermənistan arasında sərhəd probleminin iki ölkə arasında danışıqlar vasitəsilə həll edilə biləcəyini açıqlayıb. Ovanisyan həmçinin qeyd edib ki, əgər o prezident seçilərsə, Azərbaycanla yaxşı qonşuluq əlaqələrinin qurulmasında maraqlı olacaq. Partiya sədrinin sözlərinə görə, münasibətlərin yenidən qurulması üçün məcburi köçkünlərin könüllü evlərinə geri dönməsi də həll edilməlidir.

Anar RÜSTƏMOV
Bu xəbər oxucular tərəfindən 942 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed