Şrift:
Azərbaycanlı atıcıdan tarixi qələbə
19.10.2022 [07:03] - Gündəm, İdman
Azərbaycanlı atlet atıcılıq idmanı tariximizə düşəcək qələbə qazanıb.

Atıcımız Nigar Nəsirova Misirin paytaxtı Qahirədə keçirilən atıcılıq üzrə dünya çempionatında bürünc medal qazanıb.

Təmsilçimiz 5.6 kalibrli tapançadan 50 metr məsafəyə atəşaçma yarışında üçüncü olub. Qadınlar arasında fərdi yarış növündə azərbaycanlı atlet 539 xal toplayıb.

Qeyd edək ki, dünya çempionatında bu idman növündə sonuncu qələbəmiz 2002-ci ildə olub.
Bu xəbər oxucular tərəfindən 714 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed