Şrift:
Prezident İlham Əliyev pensiya və əməkhaqqı artımından danışdı
16.01.2013 [13:15] - Gündəm, Sosial
“Bu il maaşların və pensiyaların artırılması nəzərdə tutulur”



Bu il Azərbaycanda maaşların və pensiyaların artırılması nəzərdə tutulur.Bunu prezident İlham Əliyev bəyan edib. Onun sözlərinə görə, bu, mütəmadi qaydada həyata keçirilən məsələdir: “Əgər biz MDB məkanında müqayisə aparsaq, bu, yüksək səviyyədədir. Orta əməkhaqqı 500 dollardan çoxdur. Orta pensiya 200 dollara yaxındır. Əvəzləşmə əmsalı da inkişaf etmiş ölkələrin səviyyəsindədir. Pensiya maaşın 40 faizini təşkil edir. Ancaq əlbəttə ki, bu, bizi qane etmir. Baxmayaraq ki, son illərdə əməkhaqları və pensiyalar bir neçə dəfə artmışdır, biz çalışmalıyıq ki, daha da böyük artıma nail olaq”.
Bu xəbər oxucular tərəfindən 783 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed