Şrift:
Azərbaycan şahmatı tarixində ilk dəfə bir dünya çempionatında iki qızıl medal ölkəmizə gəlir
24.10.2022 [06:43] - Xəbərlər, Gündəm, İdman
İtaliyanın Sardiniya adasında şahmat üzrə gənclər arasında dünya çempionatı sona çatıb.
Qızların yarışında Azərbaycan şahmatçısı Gövhər Beydullayeva sonuncu - XI turda Qazaxıstan təmsilçisi Liya Kurmangaliyeva ilə görüşüb. Oyun qazaxıstanlı şahmatçının qələbəsi ilə yekunlaşıb. Çempionluğu təmin edən Gövhər Beydullayeva üçün görüş formal xarakter daşıyıb.

Azərbaycan təmsilçisi Ləman Hacıyeva son turda Sloveniyalı Ur Zalaya uduzub və çempionatı 7 xalla 10-cu sırada başa vurub.

Kişilərin yarışında da son tur oynanılıb. Hesabat turunda Azərbaycanın iki təmsilçisi – Abdulla Qədimbəyli ilə Məhəmməd Muradlı qarşılaşıblar. Tərəflər sülhə razılaşıblar. Bu nəticədən sonra Qədimbəylinin xalı 8-ə, Muradlınınkı isə 7,5-ə çatıb. Bu tura qədər 8 xalla lider olan macarıstanlı Adam Kozak hindistanlı Luk Laon Mendonkaya məğlub olduğu üçün əlavə əmsallara görə Abdulla Qədimbəyli dünya çempionu olub.

Azərbaycan şahmatı tarixində ilk dəfə bir dünya çempionatında iki qızıl medal ölkəmizə gəlir.
Bu xəbər oxucular tərəfindən 808 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed