Şrift:
İran Ukraynadan PUA-lara dair sübut tələb edib
25.10.2022 [07:11] - Gündəm, Siyasət
Rusiyanın Ukrayna müharibəsində İran pilotsuz uçuş aparatlarından istifadə etdiyi məlum olarsa, biz buna biganə qalmayacağıq.

Bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan deyib.
O bildirib ki, bu iddiaların araşdırılması üçün İran və Ukrayna hərbçilərindən ibarət ekspertlərin birgə iclas keçirilə bilər.

"Ukrayna əlində olan hər hansı sübutu bizə təqdim etsin. Rusiyanın İran pilotsuz uçan aparatından istifadə etdiyi bizə aydın olarsa, biz buna biganə qalmayacağıq", - nazir qeyd edib.
Bu xəbər oxucular tərəfindən 151 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed