Şrift:
Messi Çempionlar Liqasında yeni rekorda imza atıb
26.10.2022 [07:07] - Gündəm, İdman
UEFA Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində PSJ çərşənbə axşamı evdə "Makkabi"ni məğlub edib. Oyun 7:2 hesabı ilə başa çatıb.

Parislilərin heyətində Lionel Messi iki dəfə fərqlənib. Argentinalı 2-ci qolu cərimə meydanından kənarından vurduğu zərbə ilə qapıya göndərib. Messi üçün bu, Çempionlar Liqasında cərimə meydanından kənardan vurduğu 23-cü qolu idi.

Bu göstəriciyə görə o, 22 belə qolu olan portuqaliyalı Kriştianu Ronaldonu keçib və yeni rekorda imza atıb.
Bu xəbər oxucular tərəfindən 944 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed