Şrift:
Mişel və Tokayev Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunu müzakirə edib
27.10.2022 [07:07] - Gündəm, Siyasət
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun təklif etdiyi imkanları müzakirə ediblər.

Bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb.
“Mövcud geosiyasi vəziyyəti nəzərə alaraq, Prezident Tokayev və Prezident Mişel qlobal istehsal və təchizat zəncirlərini asanlaşdırmaq üçün Avropa və Mərkəzi Asiya arasında mövcud beynəlxalq nəqliyyat dəhlizlərinin genişləndirilməsinin və inkişafının vacibliyini qeyd ediblər. Onlar, həmçinin, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun təklif etdiyi imkanlar və onun daha da inkişaf etdirilməsi variantları, regionda digər nəqliyyat əlaqələrinin rolunu müzakirə ediblər”, - məlumatda deyilir.
Bu xəbər oxucular tərəfindən 213 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed