Şrift:
İsrailin müdafiə naziri Türkiyəyə səfər edəcək
27.10.2022 [07:14] - Gündəm, Siyasət
İsrailin müdafiə naziri Benni Qants Türkiyəyə rəsmi səfər edəcək.

Bu barədə nazir öz "Twitter" səhifəsində yazıb.

"Türkiyə Respublikasına mühüm səfərə gedirəm və burada həmkarım Milli Müdafiə naziri Hulusi Akarla görüşəcəyəm.

Yaxın Şərqdə və Şərqi Aralıq dənizi regionunda təhlükəsizliyin, sabitliyin və sülhün təmin edilməsi yolları ilə bağlı məhsuldar müzakirələri səbirsizliklə gözləyirəm", - deyə nazir bildirib.
Bu xəbər oxucular tərəfindən 175 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed