Şrift:
Güneyli soydaşlarımız dövlət qurmağa hazırlaşır - Paytaxt Təbriz olacaq
27.10.2022 [07:23] - Xəbərlər, Güney Azərbaycan xəbərləri
Son vaxtlar İranın istər rəsmi, istərsə də qeyri-rəsmi şəxslərinin Azərbaycana qarşı qərəzli çıxışları müşahidə olunur. Azərbaycan indiyədək İrana dost və mehriban qonşuluq münasibəti bəsləsə də, Tehran hər zaman bunun əksini nümayiş etdirib. Biz bunu Qarabağ müharibəsində də aydın şəkildə görmüşük.

Bu gün İranda yaşayan 40 milyona yaxın soydaşımız Tehran rejiminin Azərbaycana qarşı düşmən siyasəti yürütməsindən narahatdır. Güneyli soydaşlarımız İranın ölkəmizə qarşı məkirli mövqeyinə dirəniş göstərməklə, hər zaman Azərbaycan dövlətinin yanında olduqlarını nümayiş etdiriblər. İranın molla rejiminə öz gücünü göstərən milyonlarla azərbaycanlı tarixi torpaqlarında azad yaşamaq və müstəqil olmağı qarşılarına hədəf qoyublar.

Güney Azərbaycandan olan siyasi şərhçi Məhsa Mehdili qonşu ölkədə baş verən prosesləri Modern.az-a şərh edib. O bildirib ki, İranda yaşayan azərbaycanlılar öz torpaqlarında bir gün müstəqil dövlət quracaqlar və buna heç kimin şübhəsi olmasın.
“İranda Güney Azərbaycan həqiqəti deyə bir güc var və bunun fərqindədirlər. Böyük nüfus və torpaq Güney azərbaycanlıların haqqıdır. İran bir gün həqiqətlərlə üz-üzə gələcək. Biz İranın erməniləri dəstəkləməsini İkinci Qarabağ müharibəsində aydın şəkildə görmüşük. Amma Güney azərbaycanlılarının etirazları nəticəsində bu dəstək bir az səngimişdi. Cənubda olan azərbaycanlılar İranın belə xoşagəlməz davranışlarına qarşı birləşməyə davam edirlər. Onlar sakit dayanmadı, Qarabağ məsələsi bizim yaralı yerimizdir. Qarabağ bizim hər zaman milli məsələmiz olub.

Unutmaq olmaz ki, 1990-cı illərdə Güney azərbaycanlılar ilk dəfə Qarabağ üçün küçələrə axışmışdı. Lazım olan vaxtda birliyimizi göstərməyə davam edirik. Biz etirazımızı bildirərkən aramızda tutulanlar da olub, hələ də onlardan bəzilərinin məhkəmələri davam edir. Biz Güney azərbaycanlılar olaraq Azərbaycan dövlətinin hər zaman yanındayıq və dəstək verməyə hazırıq. Qarabağ məsələsi Güney və Quzeyin heç ayrılmadığını bildirir. İran rejimi çalışsa da, Cənub və Şimalı ayıra bilməyəcək, bunu çox yaxşı bilirlər. İranda öz sözümüzü deməyə qadirik. Bir millətin özünü idarə edə biləcək bütün xüsusiyyətlər bizdə var. Mübarizə bir ümiddir, niyə biz İranda öz hakimiyyətimizi qurmayaq? Bizdən az nüfuzlu xalqlar mübarizə ilə öz rifahını, hakimiyyətini qurub. Bizim əsas məqsədimiz Güney Azərbaycanın istiqlalıdır, bir Vətənimiz Quzeydə, daha böyüyü isə ata-baba torpaqlarımız olan Güneydə olacaq. Bu iddia deyil, bir gün reallaşacaq, Təbriz də paytaxt olacaq”, - deyə Məhsa Mehdili bildirib.
Bu xəbər oxucular tərəfindən 769 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed