Şrift:
ABŞ Ermənistan və Azərbaycana birbaşa dialoq TƏKLİF ETDİ
27.10.2022 [07:24] - Xəbərlər, Gündəm, Siyasət
ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel bildirib ki, Ermənistan və Azərbaycan arasında birbaşa dialoq ölkələr arasında fikir ayrılıqlarının aradan qaldırılması üçün əsas şərtdir.

Patel brifinqdə deyib:

"Birləşmiş Ştatlar Ermənistan və Azərbaycan arasında sülh danışıqlarına sadiqdir və biz hər iki lideri onlar üçün ən faydalı olan formatda görüşməyə təşviq etdik. Birbaşa dialoq uzunmüddətli sülhə nail olmağın açarıdır".


Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevi və Ermənistanın baş naziri Nikol Paşinyanı münasibətlərin normallaşdırılmasını müzakirə etmək üçün üçtərəfli sammitə dəvət edib. Üçtərəfli görüş oktyabrın 31-də Soçidə keçiriləcək.

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, bu ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsi imzalamaq istəyir
Bu xəbər oxucular tərəfindən 459 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed