Şrift:
Vladimir Putin: Ərdoğan etibarlı tərəfdaşdır
28.10.2022 [06:29] - Gündəm, Siyasət
Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı güclü rəhbər, ardıcıl və etibarlı tərəfdaş adlandırıb.

Bunu Rusiya lideri “Valday” Diskussiya Klubunun plenar iclası çərçivəsində sualları cavablandırarkən deyib.

“O, ilk növbədə Türkiyənin, türk xalqının, ölkə iqtisadiyyatının maraqlarını üstün tutan möhkəm, güclü rəhbərdir”, - deyə V.Putin bildirib.

Rusiya Federasiyasının Prezidenti xatırladıb ki, Rusiya Türkiyəyə Avropadakı istehlakçılar üçün qaz qovşağı yaratmağı təklif edib və qarşı tərəf tərəf ilk növbədə öz maraqlarını əsas götürərək bu təkliflə razılaşıb. Rusiya və Türkiyənin maraqlarının kifayət qədər üst-üstə düşən spektrləri var və Prezident Ərdoğan heç vaxt üçüncü ölkələrə ona nəyisə diktə etməyə imkan vermir.

“Ümumiyyətlə Türkiyə və xüsusilə də Prezident Ərdoğan asan tərəfdaş deyil, qərarların bir çoxu uzun danışıqlar və mübahisələr zaman qəbul edilir. Lakin hər iki tərəfdə bu razılaşmalara nail olmaq istəyi var və sonda razılaşmalar əldə edilir. Bu mənada Ərdoğan təbii ki, ardıcıl və etibarlı tərəfdaşdır. Ola bilsin ki, bu, onun ən vacib xüsusiyyətidir”, - deyə V.Putin qeyd edib.

Fəridə Abdullayeva
Bu xəbər oxucular tərəfindən 156 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed