Şrift:
Türkiyə və İsrail münasibətlərinin yeni mərhələsinə qədəm qoyublar - Hulusi Akar
28.10.2022 [06:47] - Gündəm, Türk dünyası-Turan
Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Türkiyədə rəsmi səfərdə olan İsrail müdafiə naziri Benni Qantsı Milli Müdafiə Nazirliyində hərbi mərasimlə qarşılayıb.

Nazirlər əvvəlcə təkbətək görüş keçirib, daha sonra nümayəndə heyətlərinin görüşünə sədrlik ediblər.

Danışıqlardan sonra tərəflər birgə bəyanatla çıxış ediblər.

Nazir H.Akar Türkiyə-İsrail münasibətlərindən danışaraq deyib: “Prezidentimizlə İsrail prezidenti və baş nazirinin qarşılıqlı görüşləri Türkiyə ilə İsrail arasındakı münasibətlərdə mühüm dönüş nöqtəsi oldu. Eyni zamanda, bizim ortaq dəyərlərimiz var. Əminəm ki, İsraillə xüsusilə müdafiə, təhlükəsizlik və enerji kimi sahələrdə əlaqələrin və əməkdaşlığın inkişafı regional sülh və sabitlik məsələsində müsbət nəticələrə gətirib çıxaracaq və mühüm töhfə verəcək”.
Bu xəbər oxucular tərəfindən 975 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed