Şrift:
Azərbaycan Premyer Liqası: “Qarabağ” “Şamaxı”ya qalib gəlib
31.10.2022 [06:43] - Gündəm, İdman
Futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun növbəti oyunu baş tutub.

Günün ilk qarşılaşması “Qarabağ” “Şamaxı” komandaları arasında keçirilib. Şamaxı şəhər stadionunda təşkil edilən oyunda qonaqlar 4:0 hesablı qələbə qazanıblar. Qolları 51 və 90+3-cü dəqiqələrdə Musa Qurbanlı, 56-cı dəqiqədə Elvin Cəfərquliyev və 90+5-ci dəqiqədə Cəlal Hüseynov (avtoqol) vurub.

Beləliklə, ardıcıl 11-ci qələbəsini əldə edən Ağdam klubu 33 xalla liderliyini davam etdirir. “Şamaxı” 4 xalla 9-cu yeri tutur.

Tur bu gün təşkil ediləcək “Sabah” – “Qəbələ” oyunu ilə başa çatacaq.
Bu xəbər oxucular tərəfindən 692 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed