Şrift:
"Qarabağ" klubu bu gün qrup mərhələsində sonuncu oyununa çıxacaq
03.11.2022 [10:31] - Xəbərlər, Gündəm, İdman
Ağdamın "Qarabağ" klubu bu gün UEFA Avropa Liqasının qrup mərhələsində sonuncu oyununa çıxacaq.
Ağdam təmsilçisi G qrupunun altıncı turu çərçivəsində Almaniyanın "Frayburq" klubunu qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək matçı Aleksey Kulbakovun başçılıq etdiyi belaruslu hakimlər briqadası idarə edəcək.

"Qarabağ"ın heyətində Filip Ozobiç zədə səbəbindən görüşü buraxacaq. Qara Qarayevin qarşılaşmada iştirakı sual altındadır. Qonaqlarda zədəli Manuel Qulde, Merlin Röl və Jonatan Şmid Bakıya gətirilməyib.

Qrupun digər oyununda "Olimpiakos" Yunanıstanda Fransa "Nant"ını qəbul edəcək. Hazırda 7 xalla ikinci sırada qərarlaşan Azərbaycan təmsilçisi qələbə qazanacağı təqdirdə digər matçın nəticəsindən asılı olmayaraq pley-offa yüksələcək.

G qrupunda 13 xala malik "Frayburq" liderliyini təmin edib. "Qarabağ"la yanaşı 6 xalı olan "Nant"ın da növbəti mərhələyə yüksəlmək şansı davam edir. Fransalılar Afinada qalib gəlməyə çalışacaq, həmçinin Bakıda "Qarabağ"ın xal itirməsini gözləyəcək.
Bu xəbər oxucular tərəfindən 951 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed