Şrift:
Türkiyənin ilk yerli istehsal döyüş təyyarəsi 2023-cü ildə hazır olacaq
03.11.2022 [10:41] - Gündəm, Siyasət
Türkiyənin ilk yerli istehsal döyüş təyyarəsi 2023-cü ildə hazır olacaq.

Bunu çərşənbə günü Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yerli "ATV" telekanalına müsahibəsi zamanı deyib.

2023-cü ildə yerli döyüş təyyarəmiz anqardan çıxacaq. "Hürjet", pilotsuz döyüş təyyarəsi "Bayraktar Kızılelma" da hazırda hazırlanmaqdadır. Bayraktar TB3 "Anadolu" təyyarə gəmisindən qalxa və gəmiyə enə biləcək, Atak-2 helikopteri ilk uçuşunu həyata keçirəcək. Uzun mənzilli hava hücumundan müdafiə sistemlərimizin, yer-hava raketlərinin və Gökdoğan raketlərinin ilk tədarükü də həyata keçiriləcək", - deyə R.T.Ərdoğan bildirib.
Bu xəbər oxucular tərəfindən 338 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed