Şrift:
MDH-nin “Zəfər bayramı” TƏBRİKİ
07.11.2022 [15:24] - Xəbərlər, Gündəm, MDH, Özəl xəbər, Fərəc Quliyev
Böyük millətimiz, əziz xalqımız!


Sizi qarşıdan gələn “Zəfər Bayramı” və “Bayraq Günü” münasibətləri ilə Milli Dirçəliş Hərəkatı olaraq təbrik edirik!

Qazanılan bu Zəfər sayəsində Bayrağımızın işğalda olan Vətən torpaqlarında yenidən dalğalanmasını görməkdən qürurlu heç nə ola biləz. Bu Zəfər millət olaraq qarşımızda duran milli hədəflərdən birinə çatmağımızdır. Milli hədəflər fəth edildikcə millət böyüyür və böyük millətə çevrilir. Qazanılan qələbənin həm də millətimizə qazandırdığı mənəvi və maddi dəyərlər hüdudsuzdur. Torpaqlarımızın azadlığı ilə yanaşı qazanılan qələbə sayəsində əldə olunan razılaşmaya görə açılacaq Türk Dəhlizi (Zəngəzur dəhlizi) təkcə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında kommunikasiya əlaqələrinin bərpası demək deyil, bu həm də Türk dünyası üçün ən mühim məqamlardan biridir. Milli hədəflərdən birinə çatmağımız digər milli hədəflər uğrunda mübarizədə daha əzmli olmağımıza stimul verir. Bu qələbədən sonra Türk dövlətləri arasında əməkdaşlıq və birlik istiqamətində görülən işlərin miqyasının artması da təsadüfi deyil. Bu, Türkiyə-Azərbaycan qardaşlığından doğan nəaliyyətlərin Türk dünyası üçün məntiqi nəticədir.
Hələ çoxlarımız fərqində olmasaq da qazandığımız Zəfər bizi “kiçik dövlətlər” sırasından artıq çıxarmışdır. “Böyük dövlət” adlandırılanların dünyaya qorxu saçan silahlarının əsir və yararsız şəkildə paradımızda öz bayraqlarımız altından keçirib, sonra da şəhərin mərkəzindəki Hərbi Qənimətlər Parkında sərgiləməyimiz “Böyük”-“Kiçik” anlayışlarını dəyişib artıq.
Artıq biz Ali Baş Komandanımızın dilindən hər cür qeyri-bərabər döyüşə hazır olduğumuzu eşidir və bütün döyüşlərdən və mübarizələrdən qalıb çıxacağımıza əmin görünürük.44 günlük savaşda da Prezident hər gün döyüşdü.İnformasiya savaşında bütün hücumların qarşısında məharətlə dayandı.Bu gün də bizə əzələ nümayiş etdirmək istəyən “Böyük”lərin sərhəddimizdə əzələ nümayişi iflasa uğrayır. Təsadüfi deyil ki, 2020-ci ildə ilin ən döyüşkən xalqı elan olunduq. Buna biləyimizin gücü, dərin dövlət ağlı, Xalqımızın birliyi ilə nail olduq.
Bu qüruru bizə yaşadan Şəhidlərimizə Allahdan rəhmət, Qazilərimizə şəfa, can sağlığı diləyirik. Ali Baş Komandanımızı, əsgər, zabit və generallarımızı, xalqımızı, hansı coğrafiyada yaşamasından asılı olmayaraq bütün Türk millətini təbrik edirəm!
İndi bizim Bayraq daha Ucadı.

Bütün Vətən torpaqlarında Bayrağımızın dalğalanması və bütün milli hədəflərimizə çatmağımız diləyi və iddiası ilə Fərəc Quliyev

Milli Dirçəliş Hərəkatı partiyasının sədri.
Bu xəbər oxucular tərəfindən 724 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed