Şrift:
İstanbulda törədilən terror aktı ilə əlaqədar saxlanılanların sayı 48-ə yüksəlib
15.11.2022 [10:40] - Gündəm, Hadisə, Türk dünyası-Turan
İstanbulda törədilən terror aktı ilə əlaqədar saxlanılanların sayı 48-ə yüksəlib.

Partlayıcı maddəni yerləşdirməkdə şübhəli bilinən suriyalı Əhlam Əlbəşirin qaldığı evdə aparılan axtarış zamanı 3800 dollar və 5 min avro aşkarlanıb.

Partlayışda həyatını itirən 6 nəfərdən dördünün cəsədi artıq ailələrinə təhvil verilib.

Xatırladaq ki, noyabrın 13-də İstanbulun İstiqlal prospektində yerli vaxtla təxminən 16:20-də partlayış baş verib. Hadisə nəticəsində altı nəfər ölüb, 81 nəfər yaralanıb.

Günel Məlik
Bu xəbər oxucular tərəfindən 397 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed