Şrift:
İstanbulda “İstiqlal bizimdir” yürüşü keçirilib
17.11.2022 [10:15] - Gündəm, Türk dünyası-Turan
Noyabrın 13-də İstanbulun Taksim meydanı yaxınlığında yerləşən İstiqlal prospektində 6 nəfərin ölümü, 81 nəfərin yaralanması ilə nəticələnən terror aktından sonra hadisənin baş verdiyi ərazidə qurulan platformaya ziyarətçi axını davam edir.

Ölkə vətəndaşları ilə yanaşı, xarici turistlər də terror aktının baş verdiyi əraziyə gələrək burada qurulan platformaya qərənfil qoyur, hadisə qurbanlarını dualar və gözyaşları ilə yad edirlər.

Bu məqsədlə noyabrın 16-da Türkiyənin müxtəlif dini liderləri və 39 ölkənin baş konsulu birləşərək Qalatasaray meydanından hadisə baş verən bölgəyə doğru “İstiqlal bizimdir” yürüşü keçiriblər.

Tədbirdə çıxış edən Beyoğlu Bələdiyyəsinin sədri Haydar Ali Yıldız bu çətin günlərdə ölkəsinin yanında olan hər kəsə minnətdarlığını bildirib.

Yürüşdə iştirak edən müxtəlif dini icmaların nümayəndələri terroru lənətlədiklərini bir daha ifadə ediblər.

Tədbirdə Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva da iştirak edib.


Günel Məlik
Bu xəbər oxucular tərəfindən 928 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed