Şrift:
İranda SEPAH-ın zabiti öldürülüb
19.11.2022 [13:08] - Gündəm
İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat xidmətinin zabiti cümə günü İslam Respublikasının qərbindəki Kirmanşah əyalətində baş verən hücumda öldürülüb.

Bu barədə Sahne şəhərinin administrasiyasının başçısına istinadən "IRNA" agentliyi məlumat yayıb.

Şəhər administrasiyasının başçısının sözlərinə görə, cümə günü axşam saatlarında bir neçə etirazçı təhlükəsizlik qüvvələrinə hücum edib. İnsident nəticəsində SPEAH-ın kəşfiyyat xidmətinin zabiti həlak olub.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hücum edənləri həbs ediblər.
Bu xəbər oxucular tərəfindən 186 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed