Şrift:
Müharibə nə vaxt dayandırılacaq? - Zelenski açıqladı
19.11.2022 [13:14] - Gündəm, Siyasət
“Rusiya gücünü bərpa etmək üçün qısamüddətli atəşkəsə can atır, lakin bu yolla müharibəni dayandırmaq mümkün olmayacaq”.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

Onun sözlərinə görə, müharibənin bitməsi sülhə zəmanət vermir, sülhün əldə olunması üçün Rusiyanın işğalından tamamilə xilas olmaq lazımdır.

“Rusiya indi öz gücünü bərpa etmək üçün qısamüddətli atəşkəs axtarır. Bəziləri bunu müharibənin sonu adlandıra bilər, lakin belə atəşkəs vəziyyəti daha da pisləşdirəcək. Anormal kompromislər yenidən qan tökülməsinə səbəb olacaq. Həqiqi, davamlı sülh yalnız Rusiyanın təcavüzünün tamamilə dayandırılması nəticəsində mümkün ola bilər”, - deyə Zelenski Rusiyaya xitabən söyləyib.
Bu xəbər oxucular tərəfindən 215 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed