Şrift:
Bu gün daha 3 oyun keçiriləcək
21.11.2022 [12:54] - Gündəm, İdman
Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatında bu gün daha 3 oyun keçiriləcək.

Günün ilk matçı B qrupunda İngiltərə və İran milli komandaları arasında oynanılacaq. Dohadakı "Xəlifə" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Matçı braziliyalı Rafael Klaus idarə edəcək.

A qrupunun ikinci matçında Niderland yığması Seneqalla qarşılaşacaq. “Al-Tumama” arenasındakı oyun Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Bu qrupun və mundialın ilk görüşündə ev sahibi Qətər Ekvador yığmasına 0:2 hesabı ilə uduzub. Seneqal - Niderland oyunu braziliyalı hakim Uilton Sampayoya tapşırılıb.

Günün sonuncu matçında ABŞ millisi Uelsi sınağa çəkəcək. “Əhməd ibn Əli” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Oyunu qətərli hakim Andulrahman İbrahim Əl-Cassim idarə edəcək.
Bu xəbər oxucular tərəfindən 566 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed